Sabiq hakim Bəhram Şükürov vəfat edib


  • 31 May 2023 14:35

Uzun illər məhkəmə hakimi kimi fəaliyyət göstərmiş Bəhram Şükürov dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, mərhum son dövlər böyürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, B. Şükürov Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2000-2010 cu illər ərzində Apellyasiya,daha sonra Birinci instansiya məhkəməsinin hakimi vəzifəsində çalışıb.

O, həmçinin 1981-1982-ci il tarixlərində SSRİ ordusu sıralarında Əfqanıstanda hərbi xidmət keçərək ağır yaralanmış və “Qırmızı döyüş bayrağı” ordeni, “İgidliyə görə” medalı və bir sıra digər orden və medallarla təltif edilmişdir.

Bəhram Adil oğlu Şükürov eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər