Hakimliyə namizədlər üçün imtahan mərhələlərinin sayı azaldıldı


  • 1 Sentyabr 2023 11:11

Hakimliyə namizədlər üçün imtahan mərhələlərinin sayı azaldılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul olunub.

Belə ki, dövrün tələbi və hakimliyə namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na imtahan mərhələlərinin sayının 6-dan 4-ə endirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması üzrə yenilikləri əks etdirən müvafiq dəyişikliklər edilib.

Oxşar xəbərlər