Cəlilabadda külli miqdarda narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır


  • 28 Noyabr 2023 18:00

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəhruz Hüseynov və Cavid Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Oruc Cəlilovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar. Həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər