"Euromed Özəl Tibb Mərkəzi" cərimələnə bilər


  • 29 Noyabr 2023 10:07

"Euromed Özəl Tibb Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, tibb mərkəzi barəsində müvaifiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılcaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, "Euromed Özəl Tibb Mərkəzi" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər