Gömrük Komitəsi "AL Market"ə cərimə yazdı


  • 20 Fevral 17:11

"AL Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin olunub.

Protokol təsdiq olunsa, "AL Market" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər