Bakıda əri tərəfindən öldürülən qadının qətlinin təfərrüatı məlum olub


  • 25 May 09:24

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işinin bəzi detalları məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Zaman Zeynalov, davamlı olaraq ailə münasibətləri zəminində arvadı Zeynalova Pərvanə Şahbaz qızını öldürmək qərarına gəlib.

Belə ki, o, niyyətini həyata keçirmək üçün bu ilin yanvarın 11-i saat 19 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsindəki evinə gəlib.

Bu məqamda divanda uzanıqlı vəziyyətdə olan Pərvane Zeynalova ilə yenidən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə yaranıb.

Daha sonra təqsirləndirilən şəxs turist bıçağı ilə Pərvanə Zeynalovanı ardıcıl zərbələr endirməyə başlayıb.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs nəticədə Pərvanə Zeynalovanın boynundan, çiynindən, kürəyindən, döş qəfəsindən, qulaq arxasından, sol bazu nahiyəsindən ümumilikdə altı ədəd xəsarət yetirərək arvadını qəsdən öldürərək, onu həyatdan məhrum edib.

Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər