Vəkillərə məhkəmələrdə kolliziya normasının tətbiqi problemləri mövzusunda təlim keçirildi - FOTO


  • 27 May 12:21

Cari ilin may ayının 25-də Vəkillər Kollegiyası Akademiyasının (VKA) təşkilatçılığı ilə Kollegiya üzvləri üçün “Azərbaycan Respublikası məhkəmələrində kolliziya normasının tətbiqi problemləri” mövzusunda təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən VKA-nın rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra təlimin əsas hissəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov məruzələr edib. Ekspert çıxışında beynəlxalq xüsusi hüquq sahəsində ətraflı təhlillər aparıb, beynəlxalq və milli qanunvericiliyi müqayisəli təhlil edib, bu sahədə mövcud problemlər və onların həlli yollarından söz açıb.

Sonda ekspert-təlimçi vəkillərin müvafiq sahədə çoxsaylı suallarını cavablandırılıb.

Qeyd edək ki, təlimdə ümumilikdə Kollegiyanın 25 üzvü iştirak edib.

Oxşar xəbərlər