Vaksinasiya olunanların sayı açıqlandı


  • 30 İyul 2021 16:25

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37183 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4885572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2827855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 təşkil edir.

Oxşar xəbərlər