"Azəriqaz"ın rəhbəri jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq


  • 25 Noyabr 2021 14:01

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq.

“Azəriqaz”dan e-huquq.az-a verilən məlumata görə, İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 26 noyabr saat 11:00-da başlayacaq. Bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Oxşar xəbərlər