- 12:29
"Sahibkarlarla keçirilən görüşlərdə onların müraciətləri əsasən debitor borcları ilə bağlı olur".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib
Onun sözlərinə görə, bəzi sahibkarlar ödənişi vaxtında etməkdə çətinlik çəkirlər: "Biz çalışırıq ki, onlara kömək edək. Müəyyən vaxt ərzində ödəyəcəklərinə dair öhdəlik götürürlər. Lakin təəssüf ki, bəzən öhdəliyi də vaxtında yerinə yetirə bilmirlər".
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də "Azəriqaz"ın sahibkarlara hər zaman dəstək olduğunu bildirib.
"İndiyədək 67 "Açıq mikrofon" aksiyası keçirilib ki, bunun da 36-sı sahibkarlara həsr olunub. Onların problemləri bir-bir dinlənilib. Hətta 6-7 ay borcu olan sahibkarlara da vaxt verilib", - deyə o qeyd edib.