"Süni intellektin təhlükəsizliyini təmin etmək üçün hökumətlər və texnologiya şirkətləri birgə fəaliyyətə başlamalıdır"


  • 17:00

"Microsoft" şirkətinin prezidenti Bred Smit süni intellektin daha sərt tənzimlənməsinə dair çağırış edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o hazırda süd və paltaryuyan maşınların süni intellekt texnologiyalarından daha ciddi təhlükəsizlik qaydalarına tabe olduğunu deyib.

Smitin sözlərinə görə, süni intellekt sistemlərinin nəzarətdən çıxması riskinə qarşı şirkətlər üçün hüquqi öhdəliklər müəyyənləşdirilməli, təhlükəli insidentlər barədə məlumat verilməsi və yeni məhsulların müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi təmin olunmalıdır.

O, həmçinin süni intellektin fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq üçün təcili müdaxilə mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Smitin mövqeyi ABŞ Prezidenti Donald Trampın yanaşmasından fərqlənir. Tramp ABŞ şirkətlərinin Çin rəqibləri ilə rəqabətdə üstünlüyünü qoruması üçün süni intellekt sektorunda özünütənzimləməyə üstünlük verir.

"Microsoft" prezidenti Böyük Britaniyanın bu sahədə beynəlxalq qaydaların hazırlanmasında aparıcı rol oynaya biləcəyini də qeyd edib. Onun fikrincə, könüllü öhdəliklər faydalı olsa da, məsuliyyətsiz şirkətlərin qarşısını almaq üçün kifayət deyil.

Smit bildirib ki, süni intellektin təhlükəsizliyini təmin etmək üçün hökumətlər və texnologiya şirkətləri birgə fəaliyyətə başlamalıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər