COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


  • 30 Yanvar 23:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bu gün heç kim vaksinasiya olunmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 932 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 910, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 820, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 233 nəfər təşkil edir.

Oxşar xəbərlər