"Azəriqaz"ın rəhbərliyinin növbəti qəbulu Cəlilabadda keçiriləcək


  • 2 İyun 2023 22:39

SOCAR "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək.

E-huquq.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB rəhbərliyinin Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

5 iyun saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 025-24-5-54-98) müraciət edə bilərlər.

Oxşar xəbərlər