Vəkil olmaq istəyən gənc hüquqşünasların və hüquqşünas tələbələrin nəzərinə!


  • 1 Sentyabr 2020 17:59

Sumqayıt Regional Vəkil Bürosu "Hüquqi Yardım Mərkəzi" adlı layihənin icrasına başlayır.

E-huquq.az xəbər verir ki, layinənin məqsədi gənc hüquqşünaslara və hüquqşünas tələbələrə vəkillik peşə vərdişlərinin öyrədilməsi və əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərilməsindən ibarətdir.

Məlumat üçün bildirək ki, "Hüquqi Yardım Mərkəzi" layihəsinə 5 nəfər gənc hüquqşünas və ya hüquqşünas tələbə (bundan sonra könüllü hüquqşünas) cəlb olunur. Könüllü hüquqşünasların seçimində gələcəkdə vəkil olmaq istəyənlərə üstünlük verilir. Könüllü hüquqşünaslar büronun vəkillərinin nəzarəti ilə əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım (məsləhətlərin verilməsi, ərizə, şikayətlərin hazırlanması) göstərirlər, növbəlilik qaydasında büronun vəkillərinin iştirak etdikləri məhkəmə iclaslarında iştirak edirlər.

Gələcəkdə vəkil olmağı arzulayanlar və ilkin peşə vərdişlərinə yiyələnmək, təcrübə qazanmaq istəyənlərdən öz CV-lərini 20 sentyabr 2020-ci il tarixdən gec olmayaraq region.sumgait@barassociation.az ünvanına göndərmələri və ya şəxsən büroya təqdim etmələri xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 226

Telefon: +994 18 656 22 11

E-mail: region.sumgait@barassociation.az

Oxşar xəbərlər