Anar Bağırov Rusiyada təltif edildi - FOTO


  • 14 Oktyabr 2021 10:11

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rusiyada "Vəkilliyin İnkişafı" ordeni ilə təltif olunub.

E-huquq.az xəbər verir ki, A.Bağırov Moskvaya səfəri çərçivəsində Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, hüquq elmləri doktoru, vəkillik və notariat kafedrasının professoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası Həsən Mirzəyevlə görüşüb.

Görüş zamanı Azərbaycan vəkilliyinin inkişafı barədə fikir mübadiləsi aparılıb. H.Mirzəyev Azərbaycan vəkilliyinin inkişafına və güclənməsinə görə məmnunluğunu ifadə edib.

Daha sonra H.Mirzəyev Vəkillər Kollegiyasının sədri A.Bağırovu Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin İnkişafı" ordeni ilə təltif edib.

A.Bağırov isə H.Mirzəyevə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanını təqdim edib.

Oxşar xəbərlər