- 4 İyul 15:17
Avropa Şurasının Bakı Ofisi ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün “Gender Bərabərliyi və Media Azadlığı” mövzusunda ixtisasartırma kursu təşkil edilir.
E-huquq.az xəbər verir ki, təlim cari ilin 28 və 29 oktyabr tarixlərində onlayn qaydada keçiriləcək.
Yerlər məhdud sayda olduğu üçün təlimdə iştirak etmək istəyən vəkillər 26 oktyabr 2021-ci il tarixindən gec olmayaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected] ) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçərkən uyğun olan tarixləri göstərməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs – Vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)