Anar Bağırov tanınmış vəkil Aslan İsmayılova təşəkkür etdi


  • 14 May 2022 17:13

Xəbər verdiyimiz kimi, Azərbaycan Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunub.

E-huquq.az xəbər verir ki, üzvlüyə qəbulla bağlı tanınmış vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasına xüsusi dəstək göstərib. Bu barədə Kollegiyanın sədri Anar Bağırov bildirib.

"Vəkil Aslan İsmayılov bizim xəbərimiz olmadan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına müraciət edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasına dəstək göstərib. Çox şadam ki, Aslan müəllim bu cür mövqe nümayiş etdirib. Bu onu göstərir ki, Aslan müəlllim peşəsini və ölkəsini ürəkdən sevən adamdır. Buna görə də ona xüsusi minnətdarlığımı bildirirəm", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər