Anım Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


  • 23 Sentyabr 2022 16:42

Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “27 sentyabr - Anım Günü” münasibəti ilə şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, aksiya ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən həyata keçiriləcək.

Ödənişsiz hüquqi yardım almaq istəyən şəhid ailələri üzvləri və müharibə qaziləri 27 sentyabr 2022-ci il tarixdə saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər