Sədr: "Qeyri-rəsmi nikahlar sonradan neqativ hallara səbəb olur"


  • 19 May 2023 13:23

"Dini nikahlarla bağlı məsələ çox ciddi problemdir. Çünki çox təəssüf ki, bəzi insanlar kəbin kəsdirir, lakin rəsmi qaydada nikaha daxil olmur. Bu da sonradan neqativ hallara səbəb olur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

O bildirib ki, qeyri-rəsmi nikahlar bu gün cəmiyyəti narahat edən məsələlərdən biridir.

"Zənnimcə, bu istiqamətdə işləməliyik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müzakirələr aparılmalıdır. Dini nikahlarla bağlı statistika hazırlanmalıdır. Qanunvericilik sahəsində bununla bağlı tədbirlər görülməlidir", - A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər