Sədr: "Cəmiyyətin hüquqi bilikləri ürəkaçan səviyyədə deyil"


  • 27 May 2023 14:25

"Vəkillər Kollegiyasının fəaliyyəti yalnız müəyyən işlər üzrə vətəndaşların hüquqlarını müdafiə etməkdən ibarət deyil. Bizim fəaliyyətimiz çoxşaxəlidir, cəmiyyətin önəmli bir parçasıdır.".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Adəm Məmmədovun "Oğurlanmış adam" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

"Biz vəkillərin bədii yaradıcılıq sahəsindəki fəaliyyətinə də önəm veririik. Həmişə deyirik ki, vəkilin əsası silahı onun qələmi, sözü, biliyidir. Bizim başqa silahımız yoxdur. Vəkillərin bədii yaradıcılığı bu mənada önəmlidir", - o bildirib.

Sədr bədii yaradıcılığın da cəmiyyətin hüquqi maariflənməsində rol oynadığını deyib: "Bu gün cəmiyyətdə çatışmayan cəhətlərdən biri də hüquq mədəniyyətinin yüksək səviyyədə olmamasıdır. Bəzən insanlar elementar hüquqlarını belə müdafiə edə bilmir, dərk etmirlər. Yəqin ki, burada təhsillə bağlı da müəyyən problemlər var. Biz vəkillər çalışırıq ki, bu boşluqların aradan qaldırılmasına töhfə verək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər