Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi


  • 11:03

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

E-huquq.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5,0 %-ə endirilib, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb", - deyə AMB bəyan edib.

Oxşar xəbərlər