"Polo" qasırğası 5-ci kateqoriyaya çatıb


  • 10:35

"Polo" qasırğası Meksika sahilləri yaxınlığında sürətlə güclənərək Sakit okeanda mövsümün ən güclü fırtınalarından birinə çevrilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yası (NOAA) məlumat yayıb.

NOAA-nın “Hurricane Hunter” təyyarəsinin apardığı ölçmələr zamanı küləyin sürətinin saatda 285 kilometrə çatdığı müəyyənləşib. ABŞ Milli Qasırğa Mərkəzi qasırğanı "fövqəladə dərəcədə təhlükəli" qiymətləndirib. Qasırğanın 5-ci kateqoriyaya çatdığı bildirilib.

"Polo"nun birbaşa quruya çıxmayacağı, Meksikanın cənub-qərb sahilləri boyunca hərəkət edəcəyi gözlənilir. Buna baxmayaraq, Xalisko, Kolima və Miçoakan ştatlarında güclü yağış, daşqın və torpaq sürüşməsi riski var. Sahil ərazilərində 15-20 santimetrədək yağıntı proqnozlaşdırılır.

Mütəxəssislər qasırğanın güclənməsini okean sularının qeyri-adi dərəcədə isti olması ilə əlaqələndirirlər. Sentyabrın 19-da Sakit okeanın mərkəzi-şərq hissəsində dəniz səthinin temperaturu normadan 3,05 dərəcə yüksək olub və 2015-ci ilin rekordunu keçib.

Alimlərin məlumatına görə, "El-Nino" iqlim hadisəsi də fırtınanın güclənməsi üçün əlverişli şərait yaradır. Hadisənin pik həddinin ilin sonlarına doğru müşahidə oluna biləcəyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər