- 10:35
İranın cənubundakı Hörmüzqan əyalətində, Qeşm adası yaxınlığında partlayış səsi eşidilib.
E-huquq.az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, səs dəniz istiqamətindən gəlib və adaya heç bir raket və ya mərmi düşməyib.
Yerli hakimiyyət orqanları partlayışla bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Hörmüz boğazında yerləşən və Hörmüzqan əyalətinin tərkib hissəsi olan Qeşm adası Fars körfəzinin ən böyük adasıdır.
Şəbnəm Mehdizadə