- 12:33
İsrail ordusu atəşkəs və çərçivə sazişinin qüvvədə olmasına baxmayaraq, Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirib.
E-huquq.az Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail təyyarələri səhər saatlarında Sur şəhəri yaxınlığındakı Mənsuri qəsəbəsinə hava zərbələri endirib.
Bundan başqa, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Yuxarı Nəbatiyə və Mifdun qəsəbələri arasındakı ərazini hədəfə alıb.
Mənsuri qəsəbəsi, Zibqin qəsəbəsi yaxınlığındakı dərələr, Mifdun və Şərqi Zəvtar qəsəbələri arasındakı ərazi, həmçinin Saluki dərəsi də hücuma məruz qalıb.
Mifdun qəsəbəsində ümumi istifadədə olan ərazidə yerləşən günəş panellərinin artilleriya atəşinə tutulması nəticəsində yanğın baş verib.
İsrail əsgərləri Baraşit və Beyt Yahun qəsəbələrini pulemyotlardan atəşə tutub. Gecə saatlarında isə Baraşitin Əl-Əbdünnəbi məhəlləsində güclü partlayış baş verib.
Şəbnəm Mehdizadə