Zelenski: Rusiya Ukraynanın enerji sistemlərinə hücumları davam etdirsə, onu ağır qış gözləyir


  • 23 Sentyabr 23:53

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinin enerji infrastrukturuna hücumları davam etdirəcəyi təqdirdə Moskvanın da ağır qışla üzləşəcəyini bildirib.

E-huquq.az xəbər verir ki, Zelenski bunu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

“Ukraynalılar anlayırlar ki, bu qış bizim üçün çox sərt keçə bilər. Cavab olaraq bizim Rusiya üçün də bu qışı ağrılı etməkdən başqa seçimimiz qalmayacaq”, – Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji sistemlərinə və istilik təchizatına hücumları davam etdirərsə, Kiyev buna cavab verəcək. O, məhz buna görə qış başlamazdan əvvəl deeskalasiya istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.

Ukrayna Prezidenti ölkəsinin müharibəni seçmədiyini, özünü müdafiə etdiyini də əlavə edib.

Oxşar xəbərlər