- 17:01
Serbiyanın şimal-şərqindəki "Deliblat Qumları" bölgəsində avqustun 2-də başlayan meşə yanğını 52 gündən sonra söndürülüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç açıqlama verib.
Çexiya, Slovakiya və Rumıniya kimi Aİ ölkələrinin də söndürülməsinə kömək etdiyi "Deliblat Qumları" bölgəsindəki meşə yanğınının 52 gündən sonra tamamilə söndürüldüyünü elan edib.
Nazir bildirib ki, uzun sürən söndürmə əməliyyatı zamanı heç bir insan tələfatı olmayıb.
Daçiç bölgədəki yanğına 560-dan çox yanğınsöndürən və 170 yanğınsöndürmə texnikasının cəlb olunduğunu bildirib və söndürmə işlərində iştirak edən hər kəsə təşəkkürünü çatdırıb.
Şəbnəm Mehdizadə