Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə etdi


  • 20:07

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib: "Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühiti, həmçinin qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi apardıq".

Oxşar xəbərlər