Həyat yoldaşını itirən hindistanlı 22 il ərzində dağı yararaq yol açdı


  • 16:50

Hindistanda yaşayan Daşrath Mançi həyat yoldaşının vaxtında tibbi yardım ala bilməyərək vəfat etməsindən sonra kəndinə yol açmaq qərarına gəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançinin həyat yoldaşı Falquni Devi xəstəxanaya gedən yolun sıldırım dağ yamacından keçməsi səbəbindən tibbi yardıma gec çatıb və həyatını itirib.

Bundan sonra Mançi heç bir ağır texnikadan istifadə etmədən, yalnız çəkic və iskənə ilə dağı yarmağa başlayıb. Onun bu işi 22 il davam edib.

Nəticədə o, uzunluğu 110, eni 9,1, dərinliyi 7,7 metr olan keçid yaradıb. Yeni yol iki məntəqə arasındakı məsafəni 55 kilometrdən 15 kilometrə endirib.

Əzmi və fədakarlığına görə “Dağ adamı” adlandırılan Mançi 2007-ci ildə 73 yaşında vəfat edib. Onun xatirəsinə Gehlaurda abidə ucaldılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər