- 11:44
İstanbul Hava Limanı avqust ayında gündəlik orta hesabla 1671 uçuşla Avropanın ən işlək hava limanı olub.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) avqust ayı üzrə hesabatında yer alıb.
Hesabata əsasən, İstanbul Hava Limanı hesabat dövründə gündəlik orta hesabla 1671 uçuşla Avropanın ən sıx hava limanları arasında ilk sırada qərarlaşıb.
Siyahıda ikinci yeri gündəlik orta hesabla 1424 uçuşla Paris Şarl de Qoll Hava Limanı tutub. Amsterdam Hava Limanı 1418, London Hitrou Hava Limanı 1330, Frankfurt Hava Limanı isə 1321 uçuşla növbəti yerlərdə qərarlaşıb.
Antalya Hava Limanı da gündəlik orta hesabla 1040 uçuşla Avropanın ən işlək hava limanları siyahısında səkkizinci yerdə qərarlaşıb.
Şəbnəm Mehdizadə