Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi


  • 14:51

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında qeyd olunub.

“İtkin düşənlərin təhlükəsiz şəkildə xilas edilməsinə, eyni zamanda, xəsarət alanların tezliklə sağalmasına ümid edirik”, - məlumatda bildirib.

Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb, itkin düşənlər var.

Oxşar xəbərlər