Norveç Fələstinə 13 milyon dollar yardım göndərəcək


  • 13:14

Norveç Fələstinə mülki əhalinin ehtiyaclarının qarşılanması məqsədilə 13 milyon dollar məbləğində yardım göndərəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eide yazılı açıqlamasında fələstinlilərə beynəlxalq dəstəyin həmişəkindən daha çox zəruri olduğunu vurğulayıb.

Eide bildirib ki, Norveç hökuməti Fələstində mülki əhalinin ehtiyaclarının qarşılanması üçün 13 milyon dollar ayırmaq qərarına gəlib. Onun sözlərinə görə, yardım Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı vasitəsilə çatdırılacaq.

Norveçin xarici işlər naziri işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun həyata keçirdiyi fəaliyyətlərlə bağlı da ciddi narahatlığını ifadə edib.

Norveç mətbuatının məlumatına görə, ölkə 2026-cı il ərzində fələstinlilərə ümumilikdə 105 milyon dollardan çox yardım göstərib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər