Pakistan Əfqanıstanda 10 nöqtəyə hava zərbələri endirib


  • 13:22

Pakistan Əfqanıstandan havaya qalxan pilotsuz uçuş aparatlarını (PUA) aşkar etdikdən sonra qonşu ölkənin ərazisində 10 hədəfə hava zərbələri endirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 23-də Əfqanıstan ərazisindən buraxılan bəzi PUA-ların Pakistan ərazisinə daxil olmasının qarşısı alınıb.

Tarar bildirib ki,, Pakistan özünümüdafiə hüququndan istifadə edərək PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan Əfqanıstandakı 10 hədəfə dəqiq hava zərbələri və PUA hücumları həyata keçirib.

"Pakistanın suverenliyinin hər hansı şəkildə pozulması dərhal və qətiyyətli cavabla qarşılanacaq", - deyə Tarar qeyd edib.

Pakistanlı nazir Əfqanıstan rəhbərliyini hücumları dayandırmağa çağırıb. O bildirib ki, Pakistan gərginliyin artırılmasında maraqlı deyil və regional sülhə, dialoqa və konstruktiv əməkdaşlığa sadiqdir.

Əfqanıstan tərəfi isə Pakistanın iddialarını təkzib edib. Əfqanıstan administrasiyasının sözçüsü Zəbihullah Mücahid belə bir hücumun baş vermədiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər