- 16:50
İran aviaşirkətləri BƏƏ-yə bütün uçuşları ləğv edib.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, ABŞ-nin sanksiya tətbiq etmək qərarından sonra İran şirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bütün uçuşları ləğv edilib.
Qeyd edək ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent sanksiyalar səbəbindən sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin fəaliyyətinin qlobal miqyasda dayandırılacağını bildirmişdi.
ABŞ-nin sanksiya qərarının ardından, sentyabrın 23-də Tehranla Bağdad, eləcə də Tehranla Maskat arasındakı uçuşlar ləğv edilib.
Şəbnəm Mehdizadə