Avtomobil işıq dirəyinə çırpıldı: 1 ölü, 2 yaralı


  • 11:00

Türkiyənin Sinop şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sinopun Boyabat rayonunda avtomobilin işıqlandırma dirəyinə çırpılması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Avtomobildə sıxılıb qalan şəxslər Boyabat Bələdiyyəsinin yanğınsöndürmə briqadaları tərəfindən çıxarılıb.

Xəsarət alan sürücü və sərnişin Boyabat Dövlət Xəstəxanasına aparılıb.

Qəzanın səbəbi araşdrılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər