- 13:22
Şimali Koreya nüvə silahlarından imtina etməyəcəyini bəyan edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı çağırışları rədd edib.
Çoe Cənubi Koreya, ABŞ və Yaponiya arasında Nyu-Yorkda keçirilən üçtərəfli görüşü tənqid edib.
ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreyanın “tam nüvəsizləşdirilməsi” ilə bağlı mövqeyinə münasibət bildirən nazir ölkəsinin nüvə arsenalını saxlamaq niyyətində olduğunu vurğulayıb.
"Şimali Koreyanın xarici işlər naziri kimi, mən dövlətimizin geri dönüşü olmayan və əbədi olaraq dəyişməz qalacaq nüvə silahlarını həmişəlik saxlamaq barədə sarsılmaz iradəsini ən qəti şəkildə bir daha təsdiqləyirəm", deyə Çoe bildirib.
O əlavə edib ki, bu məsələ Şimali Koreya üçün dialoqa açıq deyil.
Şəbnəm Mehdizadə