- 13:22
Türkiyənin Şanlıurfa vilayətinin Karaköprü rayonunda 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar 7,39 kilometr dərinlikdə baş verib.
Zəlzələ Şanlıurfa ilə yanaşı, Diyarbəkir, Mardin, Siirt, Şırnak, Batman, Qaziantep, Adıyaman və Malatya vilayətlərində də hiss edilib.
Zəlzələdən sonra sakinlər ehtiyat tədbiri olaraq küçə və parklara çıxaraq gözləməyə başlayıblar.


Şəbnəm Mehdizadə