İstanbulda terror təşkilatlarına qarşı əməliyyat: 11 nəfər saxlanılıb


  • 16:16

Türkiyənin İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, münaqişə zonalarında iki terror təşkilatının üzvləri ilə əlaqəsi olmaqda təqsirləndirilən şübhəlilərin kimliyi və ünvanları müəyyən edilib.

Ünvanlarda eyni vaxtda reydlər keçirən komandalar 11 əcnəbi şübhəli saxlanılıb.

Axtarışlar nəticəsində bıçaq, səkkiz patron və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər