Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur


  • 8 Avqust 2020 11:24

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

E-huquq.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

Oxşar xəbərlər