DGK: Risk ehtimalı göstəriciləri üzrə “Bəyannamənin Risk Direktivi” layihəsi test üçün hazırdır


  • 24 Yanvar 2022 23:15

Risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test üçün hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.

“İdxal mallarına dair təqdim olunan gömrük bəyannamələri üzrə tətbiq ediləcək gömrük nəzarəti formasının seçilməsi məqsədilə risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır”, - DGK-nın sədri qeyd edib.

Oxşar xəbərlər