Bakı metrosunun qatarında nasazlıq yarandı


  • 18 May 2022 23:03

"Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarda "Koroğlu" stansiyasında nasazlıq yaranıb. Köməkçi qatar təyin edilib.

Bunu e-huquq.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır.

Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.

Oxşar xəbərlər