AMB-nin baş direktoru: "Kibertəhlükəsizlik üzrə tələblərin müəyyən edilməsi qarşımızda duran əsas məsələlərdən biridir"


  • 31 May 2023 15:47

"Hazırda maliyə bazarlarına nəzarət subyektlərinin əhatə dairəsi geniş olduğu üçün, istər sığorta, istər kapital bazarları, istərsə də ödəniş sektorunda kibertəhlükəsizlik üzrə tələblərin müəyyən edilməsi və onlar üzərində nəzarət mexanizminin formalaşdırılması qarşımızda duran əsas məsələlərdən biridir".

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

"Mərkəzi Bank maliyyə bazarlarına vahid nəzarətçi və requlyatordur. Bu mandatın effektiv həyata keçirilməsi məqsədilə müvafiq platforma və çərçivələr qəbul edilir. Nəzarət və yoxlamalar tematik və qanuni şəkildə həyata keçirilir. Bu gün iştirak etdiyimiz tədbirdə Mərkəzi Bank kritik informasiya strukturunun istifadəçilərindəndir. Bu xüsusda müvafiq ödəniş sistemlərinin etibarlı və davamlı fəaliyyətini həyata keçirilməsi, beynəlxalq standartlara cavab verilməsi istiqamətində beynəlxalq partnyorlarla birgə əməkdaşlıq edirik. Mərkəzi Bank “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı qəbul edib. Bildiyiniz kimi, nəzarət subyektlərindən yalnız banklar üzərində Mərkəzi Bankın qəbul etdiyi informasiya təhlükəsizliyin idarə edilməsi qaydaları mövcuddur. Bu qaydalar özündə minimum tələbləri ehtiva edir. Qaydalar 2022-ci ilin aprelin 1-dən qüvvədədir. Banklar həmin normativ aktdan irəli gələn tələbləri rəhbər tutur", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər