- 8 May 22:36
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
E-huquq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev və digər rəsmi şəxslər qarşılayıblar.