- 17:20
Türkiyənin Diyarbəkir şəhərində əkin sahəsində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Lice rayonunda buğda sahəsi naməlum səbəbdən yanğın başlayıb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın fermerlərə böyük ziyan vurub.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
.