- 17:01
Rusiyanın paytaxtı Moskvada Savelovski qatar stansiyası yaxınlığında partlayış baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 00:05-də stansiyanın yaxınlığındakı meydanda naməlum şəxs yol polisi maşınına yaxınlaşıb.
Bu zaman partlayıcı qurğunun partlaması nəticəsində bir polis əməkdaşı həlak olub, ikisi isə yaralanıb.
Rusiya İstintaq Komitəsi partlayışla bağlı araşdırmalara başlandığını açıqlayıb.
Hadisəni törədənin hadisə yerində öldüyü bildirilib.
Şəbnəm Mehdizadə