Donald Trampdan maraqlı təklif


  • 11:48
ABŞ Prezidenti Donald Tramp "süni intellekt" (AI) ifadəsinin əvəzinə "superintellekt" terminindən istifadə olunmasını təklif edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp BMT Baş Assambleyasındakı çıxışında dünyanın "superintellekt" dövrünə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, yeni termin həm ABŞ sənədlərində, həm də qlobal miqyasda "süni intellekt" ifadəsini əvəz etməlidir.

Tramp süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqları rədd edib və texnologiyanın tənzimlənməsinə qarşı olduğunu bildirib. O, həmçinin ABŞ-nin Çinlə texnoloji rəqabətdə lider olduğunu və bu üstünlüyü qorumaq niyyətində olduğunu deyib.

Lakin texnologiya mütəxəssisləri bu terminologiyanın geniş qəbul ediləcəyinə şübhə ilə yanaşırlar.

Qeyd edək ki, Ağ Ev liderinin bu həftə Çin Prezidenti Si Tszinpinlə görüşü gözlənilir. Görüşdə süni intellekt məsələsinin də müzakirə olunacağı bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər