Məşhur aktyor həyatına son verib


  • 12:29

Fransız aktyor və rejissor Arno Deni qasıq yırtığı əməliyyatından sonra yaranan şiddətli ağrılar səbəbindən Belçikada evtanaziya yolu ilə həyatına son verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı aktyor əməliyyatdan sonra uzun müddət davam edən və gündəlik həyatını ciddi şəkildə məhdudlaşdıran ağrılardan əziyyət çəkib. Onun sözlərinə görə, vəziyyəti o həddə çatıb ki, hətta evdən çıxmaq belə mümkün olmayıb.

Aktyorun vəkili bildirib ki, qərar üç həkimlə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Onun sözlərinə görə, Deni artıq ağrılara tab gətirə bilmirdi və bədəni üzərində nəzarətini itirdiyini düşünürdü.

"Arno Deninin ölümü aylarla dözdüyü şiddətli ağrıların nəticəsidir”, - deyə vəkil bildirib.

Aktyor daha əvvəl tibbi müalicə imkanlarının tükəndiyini və sosial həyatının sona çatdığını ifadə edib. O, evində, ağrılar içində yaşadığını bildirib.

Məlumata görə, Deni martın 18-dən etibarən prosedurla bağlı işlərin tamamlanmasını palliativ yardım mərkəzində gözləyib. Üç ayrı həkimin qiymətləndirməsi və yekun təsdiqindən sonra aktyor sentyabrın 22-də Belçikanın Namür şəhərində evtanaziya proseduru ilə həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər