Türkiyədə bələdiyyədə əməliyyat keçirilib: 9 nəfər saxlanılıb


  • 12:50

Türkiyənin İzmir şəhərində Menderes Bələdiyyəsinə qarşı aparılan rüşvət istintaqı çərçivəsində 9 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İzmir Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Menderes Bələdiyyəsində rüşvət, hədə-qorxu ilə tələb etmə, rəsmi sənədlərin saxtalaşdırılması, vəzifədən sui-istifadə və rayonlaşdırma ilə bağlı ətraf mühitə zərər vurulması iddiaları üzrə avqustun 4-də istintaqa başlanılıb. İstintaq çərçivəsində şübhəlilərlə bağlı məlumatları araşdırılıb.

Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratmaq və bu təşkilata kömək etmək, həmçinin rüşvət və hədə-qorxu ilə tələb etmə əməllərində iştirak etməkdə şübhəli bilinən 9 nəfər müəyyən edilib.

Şübhəlilər jandarma qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Saxlanılanlar arasında keçmiş bələdiyyə sədrinin müavini Erkan Özkan və bir zərgərin də olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər