Almanların 55 faizi Mertsin istefa verməsini istəyir


  • 12:37

Almaniyada kansler Fridrix Mertsə qarşı ictimai narazılıq davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Forsa" şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 55 faizi Mertsin kansler vəzifəsindən istefa verməli olduğunu düşünür. İştirakçıların 40 faizi isə onun vəzifəsində qalmasını dəstəkləyir.

Sorğuda Mertsin fəaliyyətindən razı olduğunu bildirənlərin payı cəmi 11 faiz təşkil edib.

Kanslerin istefasını xüsusilə Şərqi Almaniyadakı seçicilər dəstəkləyib.

Bununla yanaşı, respondentlərin 54 faizi Almaniyanın mövcud problemlərini həll etməyə qadir olan heç bir siyasi partiyanın olmadığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər