Avstraliyadan ABŞ-yə göndərilən F-35 hissələri səhvən Honkonqa çatdırılıb


  • 13:02

Texniki xidmət və təmir məqsədilə Avstraliyadan ABŞ-yə göndərilən F-35 qırıcı təyyarələrinin ehtiyat hissələri səhvən Honkonqa yönləndirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marls hökumətin hadisədən xəbərdar olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, insidentin səbəbləri Avstraliya və ABŞ hökumətləri, eləcə də F-35 qırıcılarının istehsalçısı "Lockheed Martin" şirkəti tərəfindən araşdırılır.

Marls göndərilən hissələrin həssas texnologiya ehtiva etmədiyini bildirib.

F-35 proqramı çərçivəsində ehtiyat hissələrini paylaşan yeddi ölkədən biri olan Avstraliyanın silahlanmasında 72 ədəd F-35 qırıcısı var.

Qeyd edək ki, ilin əvvəlində Avstraliyadan göndərilən F-35 ehtiyat hissələrinin partiyası, o cümlədən radara qarşı davamlı kabina örtüyü, gözlənilmədən Honkonqa çatdırılıb.

Məlumata əsasən, hissələrin ABŞ-yə göndərilməsi nəzərdə tutulub. Lakin “Lockheed Martin” daşınmanı üçüncü tərəf şirkəti vasitəsilə həyata keçirib.

Yükün hansı səbəbdən və necə Honkonqa yönləndirildiyi hələlik açıqlanmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər