Kuleba Ukraynanın müttəfiqlərinə çağırış etdi


  • 25 Yanvar 2023 19:09

Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərmək barədə qərarından sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin müttəfiqlərinə çağırış edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba onları “tank koalisiyasına” qoşulmağa çağırıb.

"Ukrayna və onun tərəfdaşları üçün mümkünsüz heç nə yoxdur. Mən "Leopard 2" tankları olan bütün tərəfdaşları koalisiyaya qoşulmağa və mümkün qədər çox tank göndərməyə çağırıram", - deyə o qeyd edib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak da "Telegram" kanalında Almaniyanın qərarını alqışladığını deyib.

"İndi “tank koalisiyası”nın vaxtıdır. Bizə çoxlu “Leopard 2” lazımdır", - Yermak bildirib.

Eltac Nurullazadə

Oxşar xəbərlər